Oğuzda ağır qəza - Ölən var

22:47 - 12 Oktyabr 2025

Oğuzda ağır qəza - Ölən var

Oğuzda ağır yol-nəqliyyat hadisəsi baş verib.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Padar-Böyük Söyüdlü yolunun Padar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “BMW” markalı avtomobil idarəetmədən çıxaraq ağaca cırpılıb. Nəticədə avtomobildə olan sərnişin, 21 yaşlı Rəvan Ağasəf oğlu Mirzəyev aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az