İstanbulun Taksim meydanı ilə Beyoğlu tuneli arasında hərəkət edən nostalji tramvayda qısaqapanma səbəbilə yanğın baş verib.
Manset.az APA-ya istinadən xəbər verir ki, tramvayın maşinisti dərhal müdaxilə edərək alovu söndürüb. Hadisədən sonra tramvay depoya aparılıb.
Qeyd olunur ki, yanğın zamanı xəsarət alan olmayıb.