Bakının bu ərazilərində qaz olmayacaq

09:39 - 13 Oktyabr 2025

Bakının bu ərazilərində qaz olmayacaq

Yasamal rayonunun bəzi ərazilərində təbii qazın verilişində fasilə yaranacaq.


Manset.az xəbər verir ki, bununla bağlı “Azəriqaz” İB məlumat yayıb.

Bildirilib ki, Yasamal rayonunun Nizami küçəsi ilə İ.Səfərli küçələrinin kəsişməsində yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması ilə əlaqədar bu gün saat 10:00-dan işlər tamamlananadək qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə rayonunun Nizami, Bülbül, R.Rza, N.Rəfibəyli, T.Xəlil, M.İbrahimov, M.Muxtarov və İçərişəhər küçəsinin, eləcə də Azərbaycan prospektinin qaz təchizatında fasilə yaranacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az