Ölkənin maliyyə qurumları arasında ən böyük
işəgötürənlərdən biri olan Kapital Bank üçüncü dəfə ardıcıl olaraq beynəlxalq
“Mükəmməl iş yeri” (Great Place to Work) sertifikatını qazanaraq, işçi
məmnuniyyəti və iş mühiti standartlarının qorunması istiqamətində davamlı uğurlarını
bir daha təsdiqlədi. Bu nailiyyət Kapital Bank-ı ölkəmizdə üçüncü dəfə belə
uğura imza atan ilk və yeganə yerli şirkət edir, həmçinin onun davamlı inkişaf
edən təşkilati mədəniyyətini və insan yönümlü yanaşmasını nümayiş etdirir.
Qeyd edək ki, “Great Place to Work”
beynəlxalq tədqiqat və konsaltinq şirkəti 60-dan çox ölkədə fəaliyyət göstərir
və şirkətlərin işçiləri tərəfindən qiymətləndirilməsini aparır. Sertifikat yalnız
yüksək nəticə göstərən şirkətlərə təqdim olunur və şirkətlərdə iş mühiti,
motivasiya, inkişaf imkanları və daxili kommunikasiya keyfiyyətlərini
qiymətləndirir.
Kapital Bank-ın İdarə Heyətinin üzvü, İnsan
kapitalı və Təşkilati inkişaf üzrə Baş inzibatçısı Fərqanə Məmmədova vurğulayıb
ki, bu uğurun arxasında bankla əməkdaşlar arasındakı qarşılıqlı etimad və
dəstək dayanır. “Artıq üçüncü ildir ki, Kapital Bank beynəlxalq “Mükəmməl iş
yeri” sertifikatına layiq görülür. Bu, bizim üçün sadəcə bir mükafat deyil, 6
minə yaxın əməkdaşımızın səmimi rəyidir. Bizim üçün əsas olan əməkdaşların
özlərini dəyərli hiss etməsi, inkişaf və rifah üçün real imkanlara sahib
olmasıdır. 20-dən çox kriteriya üzrə yüksək nəticə qazanmağımız isə bu
yanaşmanın beynəlxalq səviyyədə təsdiqidir”.
Bu uğur Kapital Bank-ın işçi məmnuniyyətinə
verdiyi önəmin və insan yönümlü təşkilati mədəniyyətinin təsdiqi olmaqla
yanaşı, onun ölkədə və beynəlxalq səviyyədə lider mövqeyini möhkəmləndirir.
Bank bundan sonra da əməkdaşlarının inkişafını dəstəkləmək, iş mühitini
zənginləşdirmək və güclü komanda ruhunu qorumaq istiqamətində fəaliyyətini
davam etdirəcək.
Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə
daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 52 şöbəsi ilə
müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat
almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə
və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Nağd pul krediti sifarişi üçün – https://kbl.az/prgtk, Birbank kartı sifarişi
üçün – https://kbl.az/prcrc.