Passiv-aqressiv davranış insanın qəzəb və ya narazılığını açıq şəkildə yox, dolayı yollarla ifadə etməsidir.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Psychology Today portalında yer alan xəbərdə bu davranışın əlamətləri sadalanıb.
Bildirilib ki, belə insanlar hisslərini gizlədərək, eyham, susqunluq və inkarla reaksiya verirlər.
Mütəxəssislərə görə, bu insanlar çox vaxt:
-
Qəzəblərini inkar edir, lakin davranışları bunu göstərir;
-
Narazılıqlarını susaraq və ya mənfi atmosfer yaradaraq bildirirlər;
-
İronik, amma alçaldıcı komplimentlər edirlər;
-
Qapı çırpmaq, əşya atmaq kimi səssiz etiraz formalarından istifadə edirlər;
-
“Münaqişədən qaçmaq” adı ilə davranışlarını haqlı göstərirlər;
-
Problemləri açıq müzakirə etməkdən yayınırlar;
-
Narazı olduqları insanlardan uzaqlaşır, səbəbini izah etmirlər.
Psixoloqlar xəbərdarlıq edirlər ki, passiv-aqressiv davranış münasibətlərdə etimadı zədələyir, ünsiyyəti çətinləşdirir və uzunmüddətli emosional gərginlik yaradır.