Bu rayonda işıq olmayacaq - Sakinlərin nəzərinə

22:53 - 14 Oktyabr 2025

Bu rayonda işıq olmayacaq - Sakinlərin nəzərinə

Babək rayonunun Sirab kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq.


Manset.az xəbər verir ki, "Azərişıq" ASC-nin Naxçıvan RETSİ-dən verilən məlumata görə, payız-qış mövsümünə uyğun tədbirlər planına əsasən, xəttə toxunan ağacların kəsilməsi və xətt üzərində yerləşən KTM-lərin təmiri işləri ilə əlaqədar 35/10 kilovoltluq "Kərimbəyli" yarımstansiyasından qidalanan 10 kilovoltluq "Sirab" hava elektrik verilişi xətti sifarişə əsasən açılacaq.

Bu səbəbdən 15 oktyabr 2025-ci il tarixində saat 11:00-dan 13:00-dək Babək rayonunun Sirab kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az