Ölkənin
birinci bankı Kapital Bank-ı təmsil edən komanda Bakıda keçirilən və kibertəhlükəsizlik
sahəsində regionun ən böyük tədbirlərindən sayılan “CIDC-2025” kibertəhlükəsizlik
festivalında böyük əzm nümayiş etdirərək adını qaliblər sırasına yazdırıb. Komanda
festival çərçivəsində təşkil olunan “Ağıllı şəhərlərdə kibermüharibə”
yarışmasında üçüncülük əldə edib. Banklar arasında ən yüksək nəticə göstərən komanda
qazandığı 5000 AZN mükafatı bankın könüllü əməkdaşlarının təşəbbüsü ilə
yaradılan “Qırmızı Ürəklər Fonduna” ianə etməklə sosial təşəbbüsə imza atıb.
Xüsusi
Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) və Dövlət Təhlükəsizliyi
Xidmətinin (DTX) birgə təşkilatçılığı ilə həyata keçirilən “CIDC-2025” kibertəhlükəsizlik
festivalı bu il rekord iştirakçı sayı ilə diqqət çəkib. Ümumilikdə 2 245 ziyarətçi,
934 təlim iştirakçısı, 51 komanda və 56 tərəfdaş təşkilatın qatıldığı tədbir
kritik infrastrukturun müdafiəsi, informasiya təhlükəsizliyi, rəqəmsal sabitlik
və süni intellektin tətbiqi sahəsində qabaqcıl beynəlxalq təcrübələrin
paylaşılmasına xidmət edib.
İki
gün ərzində iştirakçılar “Ağıllı şəhərlərdə kibermüharibə” kimi gərgin
yarışlarda bacarıqlarını sınayaraq kibertəhlükəsizlik üzrə yerli və xarici
ekspertlər tərəfindən təşkil edilən 10 təqdimat və 5 panel müzakirəsində
iştirak ediblər. Onlar, həmçinin Azərbaycanda “Hack The Future 2” proqramı üzrə
ödənişsiz təlimlərindən faydalanaraq kibertəhlükəsizlik həlləri sərgisi ilə
tanış olublar.
Qeyd
edək ki, Kapital Bank rəqəmsal transformasiya prosesində kibertəhlükəsizliyi əsas
prioritet hesab edir və bu sahədə daima ən yeni texnologiyaları tətbiq edir.
Bank daxili təhlükəsizlik tədbirləri ilə yanaşı, müştərilərin maarifləndirilməsi
istiqamətində də ən aktiv maliyyə qurumlarından biridir. Bank mütəmadi olaraq
fırıldaqçılıq, fişinq və digər kibertəhdidlərə qarşı məlumatlandırma
kampaniyaları, sosial media paylaşımları edərək, müştərilərinin maliyyə məlumatlarını
qorumağa kömək edir. Həmçinin, “Dayan, düşün, dəqiqləşdir!” kampaniyası çərçivəsində
ənənəvi və rəqəmsal media kanalları, təlimlər, video materiallardan istifadə edərək
müştərilərinin maarifləndirilməsinə xidmət edir.
Ölkənin
birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük
filial şəbəkəsi, 119 filialı və 52 şöbəsi ilə müştərilərin xidmətindədir.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın
müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul
krediti sifarişi üçün – https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün – https://kbl.az/prcrc.