Limonlu su çox vaxt “möcüzə içki” kimi təqdim olunur — həm həzmi yaxşılaşdırdığı, həm də C vitamini mənbəyi olduğu üçün. Amma hər kəs üçün uyğun deyil.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, həkimlər xəbərdarlıq edir ki, bəzi insanlar üçün limonlu su zərərli ola bilər.
1. Reflüks:
Limonun yüksək turşuluğu mədə turşusunu artıraraq sinə və boğazda yanma hissini gücləndirə bilər.
2. Diş həssaslığı və diş problemləri olanlar:
Turşuluq diş minasını aşındırır, dişləri daha həssas və çürüməyə meylli edir. Limonlu su içənlərə pipetlə içmək və sonra ağzını su ilə yaxalamaq tövsiyə olunur.
3. Ağız yarası və boğaz ağrısı olanlar:
Limon turşusu yaraları qıcıqlandıra və sağalmanı gecikdirə bilər.
4. Sitrus allergiyası olanlar:
Nadir hallarda limona qarşı allergik reaksiyalar (qaşınma, şişlik, nəfəs darlığı) yarana bilər.
5. Müəyyən dərmanlardan istifadə edənlər:
Limon suyu bəzi dərmanlarla (xüsusilə qan təzyiqi, diabet, tiroid dərmanları) qarşılıqlı təsir göstərə bilər.
6. Həssas mədəsi və ya qastriti olanlar:
Turşuluq mədə qişasını qıcıqlandıra, kramp və şişkinlik yarada bilər.