Yuxusuzluq, tez oyanmaq və ya səhər yorğun hiss etmək bir çox insanın ortaq problemidir. Mütəxəssislərin fikrincə, rahat və dərin yuxu üçün bəzi qidaları gündəlik rasiona əlavə etmək kifayətdir.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu qidalar orqanizmdə melatonin və serotonin istehsalını artıraraq yuxu keyfiyyətini yaxşılaşdırır.
1. Badam və qoz-fındıq:
Triptofan və maqneziumla zəngindir, melatonin istehsalını dəstəkləyir və bədəni rahatladır.
2. Kivi:
Serotonin səviyyəsini artırır, yuxuya getməyi asanlaşdırır və yuxu müddətini uzadır.
3. Süd və süd məhsulları:
Kalsium və triptofan sayəsində sinirləri sakitləşdirir, isti süd yuxuya keçidi asanlaşdırır.
4. Yulaf:
Melatonin və kompleks karbohidratlarla zəngin olan yulaf qan şəkərini tarazlayır və rahat yuxuya kömək edir.
5. Banan:
Kalium və maqnezium əzələləri rahatladır, serotonin istehsalını artırır.
6. Ananas:
Təbii şəkərləri və vitaminləri ilə melatonin istehsalını dəstəkləyir, yatmazdan əvvəl qəbul edilə bilər.
7. Bitki çayları (çobanyastığı, lavanda):
Sinir sistemini sakitləşdirir, stressi azaldır və yuxuya keçidi asanlaşdırır.