Azərbaycan diasporunun rəhbəri Rusiya vətəndaşlığından çıxarıldı

23:12 - 15 Oktyabr 2025

Azərbaycan diasporunun rəhbəri Rusiya vətəndaşlığından çıxarıldı

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Ulyanovsk vilayəti qubernatorunun müşaviri və oradakı Azərbaycan diasporunun rəhbəri İslam Hüseynovun Rusiya vətəndaşlığını ləğv edib.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, sözügedən məlumatı jurnalist Darya Kosarinova teleqram kanalında yayıb.

Onun sözlərinə görə, İ.Hüseynovun Rusiya pasportu oktyabrın 14-də FSB qərarı ilə etibarsız sayılıb və ona ölkəyə giriş qadağan edilib.

Qərarın səbəbləri barədə isə rəsmi məlumat verilməyib.

Qeyd edək ki, İslam Hüseynov 20 il əvvəl Ulyanovska köçərək vilayətdəki Azərbaycan Konqresinə rəhbərlik edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az