Əmək fəaliyyətində fərqlənən işçilərlə görüş keçirildi - FOTOLAR

19:26 - 16 Oktyabr 2025

Əmək fəaliyyətində fərqlənən işçilərlə görüş keçirildi - FOTOLAR

20 Sentyabr – “Neftçilər Günü” peşə bayramı münasibətilə neft və qaz sənayesinin inkişafına verdikləri töhfələrə görə “Azəriqaz” İstehsalat Birliyinin bir sıra əməkdaşı SOCAR-ın “Fəxri neftçi” döş nişanı və Fəxri Fərmanı ilə təltif edilib.


Manset.az xəbər verir ki, bu münasibətlə Birliyin İdarəetmə Aparatında təltif olunan əməkdaşlarla görüş keçirilib.

Görüş zamanı Birliyin baş direktoru Azər Məmmədov SOCAR rəhbərliyinin diqqət və qayğısını yüksək qiymətləndirərək minnətdarlığını ifadə edib.

Tədbir çərçivəsində 9 əməkdaşa “Fəxri neftçi” döş nişanı, 20 əməkdaşa isə Fəxri Fərman təqdim olunub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az