Ürək xəstəliklərinin 3 əsas əlaməti

08:30 - 17 Oktyabr 2025

Ürək xəstəliklərinin 3 əsas əlaməti

Ürək və damar xəstəliklərində erkən diaqnoz həyati əhəmiyyət daşıyır. 


Manset.az Qaynarinfo-ya istinadən xəbər verir ki, mütəxəssislər xəbərdarlıq edirlər ki, ürəyin göndərdiyi bəzi ilkin siqnallar ciddi problemlərin xəbərçisi ola bilər.

Bu siqnallar arasında xüsusilə üç əsas simptom önə çıxır.

Ürəyin xəbərdarlıq etdiyi 3 əsas əlamət

Kardiovaskulyar cərrahiyyə üzrə mütəxəssis, professor Öndər Teskin bildirib ki, döş qəfəsində ağrı, nəfəs darlığı və tez yorulma kimi

şikayətlər əsla laqeyd yanaşılmamalıdır:

Bu cür əlamətlər müşahidə olunduqda dərhal mütəxəssisə müraciət etmək, düzgün müalicə planının qurulması üçün çox vacibdir".

Qapalı baypass - Yeni cərrahi yanaşma

Professor Teskin həmçinin ürək-damar xəstəliklərinin müalicəsində tətbiq olunan "qapalı baypass” üsulu barədə məlumat verib. O,

bu üsulun ənənəvi açıq əməliyyatlardan fərqli olaraq daha kiçik kəsiklərlə həyata keçirildiyini və əməliyyatdan sonrakı bərpa

prosesinin daha rahat keçdiyini bildirib.

Teskin qeyd edib ki, tıxanmış ürək damarlarında cərrahi müdaxilə üçün "qapalı baypass” ciddi alternativ sayılır. Hər xəstə üçün

fərdi planlaşdırma aparılır, damar quruluşu, ümumi sağlamlıq vəziyyəti və digər xəstəliklər nəzərə alınır.

Məqsəd - Ürəyin qan dövranını təmin etmək

Mütəxəssis əlavə edib ki, ürək-damar cərrahiyyəsinin əsas məqsədi ürəyin ehtiyac duyduğu qanı təmin etməkdir və "qapalı

baypass” bu məqsədə çatmaq üçün istifadə olunan müasir üsullardan biridir. Lakin hər bir xəstənin bu əməliyyata uyğunluğu

ayrıca qiymətləndirilməlidir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az