Azərbaycan Cenevrədə Su Konvensiyası sessiyasında təmsil olundu - FOTOLAR

13:55 - 17 Oktyabr 2025

Azərbaycan Cenevrədə Su Konvensiyası sessiyasında təmsil olundu - FOTOLAR

İsveçrənin Cenevrə şəhərində Transsərhəd Sulara dair Beynəlxalq Su Konvensiyasının İnteqrasiya olunmuş Su Resurslarının İdarəedilməsi, həmçinin Monitorinq və Qiymətləndirmə üzrə işçi qruplarının birgə 6-cı sessiyası keçirilib.


Manset.az xəbər verir ki, tədbirdə Azərbaycanı Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin Kadastr, Uçot və Reyestr şöbəsinin müdiri Rafiq Verdiyev təmsil edib.

Sessiyada Su Konvensiyasının 2025–2027-ci illər üzrə iş proqramının icrası, Konvensiyanın qlobal tətbiqi istiqamətində görülən işlər və Lyublianada keçirilən Tərəflərin 10-cu sessiyasında qəbul edilmiş qərarların yerinə yetirilməsi müzakirə olunub.

Azərbaycan nümayəndəsi çıxışında Xəzər dənizinin səviyyəsinin enməsi, iqlim dəyişmələrinin transsərhəd sulara təsiri və region ölkələrinin bu istiqamətdə əməkdaşlığının gücləndirilməsinin vacibliyi barədə danışıb. O, Konvensiyanın Katibliyini və beynəlxalq tərəfdaşları bu sahədə birgə fəaliyyətə daha çox dəstək verməyə çağırıb.

Rafiq Verdiyev qeyd edib ki, Azərbaycan uzun illərdir Konvensiyanın üzvüdür və bu istiqamətdə fəal əməkdaşlıq aparır. O, həmçinin vurğulayıb ki, su resurslarının idarə olunması və iqlim dəyişmələrinə adaptasiya məsələləri ölkəmiz üçün prioritet istiqamətlərdən biridir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az