Aktaudakı qəzada yaralanan Nurullah Siracov vəfat etdi

13:19 - 18 Oktyabr 2025

Aktaudakı qəzada yaralanan Nurullah Siracov vəfat etdi

AZAL-ın Qazaxıstanın Aktau limanı yaxınlığında qəzaya uğrayan təyyarəsində yaralanan Zaqatala sakini Nurullah Siracov vəfat edib.


Manset.az Lent.az-a istinadən xəbər verir ki, bu barədə mərhumun yaxınları məlumat veriblər.

Bildirilib ki, o, bu gün səhər saatlarında yaşadığı evdə dünyasını dəyişib.

Xatırladaq ki, Nurullah Siracov 2024-cü il dekabrın 25-də həyat yoldaşı ilə birgə Qroznıda yaşayan oğlunun yanına gedirmiş. Qəza zamanı onların hər ikisi xəsarət alaraq, xəstəxanaya yerləşdirilmişdilər.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az