"WhatsApp"da yeni qayda tətbiq ediləcək

20:43 - 18 Oktyabr 2025

\"WhatsApp\"da yeni qayda tətbiq ediləcək

“Meta” şirkəti votsapda istifadəçi məxfiliyini gücləndirmək məqsədilə yeni təhlükəsizlik sistemi tətbiq edir.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, yeniliyə əsasən, istifadəçilərə ardıcıl olaraq cavab almadan mesaj göndərən şəxslər və şirkətlər müəyyən məhdudiyyətlərlə üzləşəcək. Belə ki, yeni sistem spam və reklam mesajlarının qarşısını almağa yönəlib.

Əgər bir şəxs və ya müəssisə istifadəçidən cavab almadan təkrar-təkrar mesaj göndərərsə, müəyyən bir mərhələdən sonra bu proses avtomatik dayandırılacaq.

Şirkət bildirib ki, bu funksiya ilk mərhələdə bir neçə ölkədə sınaqdan keçiriləcək və yalnız çoxlu sayda spam göndərən hesabları əhatə edəcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az