Ziya Məmmədovun ölkədən çıxışına "stop" qoyuldu - İDDİA

16:53 - 19 Oktyabr 2025

Ziya Məmmədovun ölkədən çıxışına \"stop\" qoyuldu - İDDİA

Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun ölkədən çıxışına “stop” qoyuldu.


Manset.az Konkret.az-a istinadən xəbər verir ki, bu barədə etibarlı mənbələrdən məlumat daxil olub.

Qeyd edək ki, hələ 2016–2017-ci illərdə Ziya Məmmədovun xaricə çıxışına qadağa qoyulması barədə iddialar yayılmışdı.

Yeri gəlmişkən, 2017–2018-də onun oğlu Anar Məmmədovun Bakıdakı daşınmaz əmlaklarına həbs qoyulması barədə rəsmi məhkəmə xəbərləri var.

Xatırladaq ki, eks-nazirin adı Ramiz Mehdiyev qalmaqalında hallanır. Ayrı-ayrı mənbələrin təsdiqlədiyi ehtimallara görə, Ramiz Mehdiyev Ziya Məmmədovun qardaşı Elton Məmmədov vasitəsilə əlaqə yaradırmış.

Digər mənbələr isə bildirir ki, onun yanına gizli tuneldən gedib-gələn eks vəzifəli şəxslər artıq xüsusi xidmət orqanlarının diqqətini çəkib.

Görünən odur ki, dövlətə xəyanətdə ittiham olunan Ramiz Mehdiyevin adamlarının tam ifşasına önümüzdəki həftələrdə şahid olacağıq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az