Biləsuvar şəhərinin bir hissəsi elektriksiz qaldı

23:52 - 19 Oktyabr 2025

Biləsuvar şəhərinin bir hissəsi elektriksiz qaldı

Biləsuvar şəhərinin böyük bir hissəsinə elektrik enerjisinin verilişi dayandırılıb.


Manset.az xəbər verir ki, bu barədə "Report"a rayon sakinləri məlumat veriblər.

Onların sözlərinə görə, təxminən bir saata yaxındır şəhərin böyük bir hissəsi işıqsız qalıb.

Məsələ ilə bağlı "Azərişıq" ASC-dən bildirilib ki, elektrik enerjisinin verilişində fasilə yaranmasına baş vermiş qəza səbəb olub.

"Hazırda qeyd edilən ərazidə briqada işləyir", - deyə qurumdan bildirilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az