Gündə 4 stəkan çay içmək ziyanlıdır, yoxsa faydalı? 

19:29 - 20 Oktyabr 2025

Gündə 4 stəkan çay içmək ziyanlıdır, yoxsa faydalı? 

Yeni araşdırma göstərib ki, gündə 3–4 stəkan çay içmək ürək və damar sağlamlığına əhəmiyyətli dərəcədə müsbət təsir göstərir.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, “Frontiers in Nutrition” jurnalında dərc olunan tədqiqatlara görə, çayın tərkibindəki polifenollar qan təzyiqini tarazlaşdırır, xolesterin səviyyəsini azaldır və şəkərli diabet riskini aşağı salır.

Araşdırmada bildirilir ki, çay içmək xroniki xəstəliklərin riskini 19 faiz, ürək-damar xəstəliklərindən ölüm riskini isə 13 faiz azalda bilər. Amerika Qidalanma Akademiyası ürək sağlamlığı üçün gündə təxminən dörd fincan çay içməyi tövsiyə edirlər.

Araşdırmalar həmçinin çayın iltihab və oksidativ stressi, insulin idarəsini yaxşılaşdıraraq diabet riskini azaltdığını göstərib. 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az