Tələbələrə şad xəbər! Ölkənin
ilk rəqəmsal bankı Birbank bankçılıq sahəsində yeni ideyaları olan, innovativ
həllər təqdim etmək istəyən, yenilikçi tələbələrə unikal imkanlar yaradır. 16
oktyabr tarixində start verilən “Spark Tələbə İnnovasiya proqramı” böyük
hədəfləri və arzuları olan gənclərə yeni qapılar açır.
Proqramda ölkə üzrə ali
məktəblərdə 3 və 4-cü kursda təhsil alan, orta göstəriciləri 70 və üzəri olan
bakalavr və magistr tələbələrinə iştirak imkanı yaradılacaq. İştirakçı olmaq
istəyən tələbələr məhsul sahibi, biznes analitik, developer, dizayner rollarını
icra edən 4 nəfərlik komanda formasında layihəyə müraciət edə bilər.
İdeyası bəyənilən və
“İlkin qiymətləndirmə”, “Tapşırıq”, “Müsahibə” mərhələlərini uğurla keçən komandalar
layihədə iştirak hüququ qazanacaqlar. Daha sonra onlar üçün yeni biliklər,
təcrübələrlə dolu bir mərhələyə start veriləcək. Onlara Birbank-ın peşəkar
mütəxəssisləri tərəfindən həyata keçirilən xüsusi mentorluq, təcrübə proqramı
və təlimlərdə iştirak imkanları yaradılacaq. Proqramın final mərhələsində isə komandalar
ideyalarını təqdim edəcəklər. Proqramın yekunlarına əsasən, ideyaları ən uğurlu
hesab edilən 3 komanda müvafiq olaraq 4000, 2000 və 1000 manat məbləğində
mükafat qazanacaq.
Müraciət və qeydiyyat
üçün: www.kbl.az/tpi
Layihənin məqsədi yeni
texnologiya və innovasiyalara marağı olan gəncləri bir araya gətirmək, onların
gələcək fəaliyyətini stimullaşdırmaq, real iş mühitində praktiki təcrübə imkanı
yaratmaqdır. “Spark Tələbə İnnovasiya proqramı” həmçinin gənclərə komanda işi,
şəbəkələşmə, müasir bankçılıq mühitində layihələrin idarə edilməsi kimi
bacarıqlar da qazandıracaq.
Daim ən son rəqəmsal
yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan
Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 119 filial və
52 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir.
Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında
müştərilərinə xidmət göstərib və PAŞA Holding-ə daxildir. Kapital Bank isə
hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və
xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://birbank.az/ saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə
olan səhifələrinə müraciət edə bilərsiniz.