Mərkəzi Laboratoriyada beynəlxalq səviyyəli təlim keçirildi - FOTOLAR

12:25 - 21 Oktyabr 2025

Mərkəzi Laboratoriyada beynəlxalq səviyyəli təlim keçirildi - FOTOLAR

LEF Network Azerbaijan və Finlandiya Ətraf Mühit İnstitutunun (SYKE) dəstəyi ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin Mərkəzi Laboratoriyası təlim təşkil edib.


Manset.az xəbər verir ki, “Kimya laboratoriyasında keyfiyyətə əminlik” adlı təlim ADSEA Hövsan Təlim Tədris Mərkəzində keçirilib. Təlim bu sahədə tanınmış mütəxəssilər Dr.Teemu Naykki və Dr. Riitta Koivikko tərəfindən aparılıb. Mərkəzi Laboratoriyanın müdiri Elçin Əliyevin sözlərinə görə beynəlxalq təcrübəyə əsaslanan mövzular - validasiya, verifikasiya, qeyri-müəyyənliyin hesablanması iştirakçılar tərəfindən böyük marağa səbəb olub.

Praktiki məşğələlər və sual-cavab sessiyaları zamanı iştirakçıların aktiv iştirakı təlimin vacibliyini təsdiq edir. Təlimdə Xidmətlə yanaşı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Azərbaycan Standartlaşdırma İnstitutu, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) və Azərbaycanın aparıcı şirkətlərinin 60 laboratoriya mütəxəssiləri iştirak ediblər. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az