13 yaşlı Fatimə Abbasova ilik xərçəngindən (Kəskin mieloblast M4) əziyyət çəkir.
Bu barədə Manset.az-a onun yaxınları məlumat verib
Fatimənin qan dəyərlərinin anidən aşağı düşməsi səbəbindən hazırda ona təcili 3 nəfərdən III müsbət (3+) qan lazımdır. Qan vermək istəyənlərdən Milli Hematologiya və Transfuziologiya Mərkəzinə müraciət etmələri xahiş olunur. (051 435 94 31)
Eyni zamanda bildirilib ki, Fatimə Abbasova yaxın müddətdə əməliyyat olunmalıdır. Həkimlər tərəfindən onun əməliyyat üçün 1 ay zamanının olduğu deyilib və məbləğ 100 mindən çoxdur. Əməliyyat xərci yüksək olduğuna görə ailəsinin maddi yardıma ehtiyacı var.
"Kapital Bank" - 4169 7388 2456 2395