Azər Məmmədov vətəndaş qəbulu keçirdi

14:58 - 21 Oktyabr 2025

Azər Məmmədov vətəndaş qəbulu keçirdi

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin rəhbərliyinin növbəti vətəndaş qəbulu Sabirabadda baş tutacaq.


Manset.az Azəriqaz-a istinadən xəbər verir ki, birliyin baş direktoru Azər Məmmədovun Sabirabad rayonunda vətəndaş qəbulu oktyabrın 23-də saat 11:00-da Heydər Əliyev Mərkəzində baş tutacaq.

Görüş zamanı Sabirabad, Saatlı və İmişli rayonlarından olan sakinlərin müraciətləri dinləniləcək.

Qurum vətəndaşların diqqətinə çatdırır ki, qəbulda ünvanlanan müraciətlər yalnız "Azəriqaz"ın fəaliyyəti ilə bağlı olmalıdır. Qəbula dair əlavə məlumat almaq istəyənlər Salyan Regional qaz istismarı İdarəsinə (tel: 050-845-72-19; 070-347-95-47) müraciət edə bilərlər.



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az