20 oktyabr tarixində Azərbaycan Dillər Universitetində
Meksika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri
Maria Victoria Romero Caballeronun iştirakı ilə görüş keçirilib.
Manset.az xəbər verir ki, “Səfir saatı” layihəsi çərçivəsində baş tutan görüşdə İspan dili ixtisası üzrə təhsil alan tələbələr iştirak ediblər. Səfir Caballero Meksikanın iqtisadiyyatı, coğrafiyası, tarixi və mədəniyyəti haqqında təqdimatla çıxış edərək ölkəsi barədə maraqlı faktları bölüşüb.
Tədbir interaktiv şəkildə davam edib — tələbələr
Meksika ilə bağlı suallarını səfirə ünvanlayıb, o isə hər bir sualı ətraflı
cavablandırıb. Görüş sonda xatirə fotosu ilə yekunlaşıb.