ADY-dən məsuliyyətsizlik - Yol bağlandı, körpə öldü

14:05 - 23 Oktyabr 2025

ADY-dən məsuliyyətsizlik - Yol bağlandı, körpə öldü

Xaçmazda körpə avtomobildə doğuş zamanı ölüb.


Manset.az Report-a istinadən xəbər verir ki, rayon sakini, 1985-ci il təvəllüdlü X.A. doğum üçün Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılarkən ərazidəki avtomobil yolu ilə kəsişən dəmiryolu keçidinin təmirə bağlanması səbəbindən onun xəstəxanaya çatdırılması mümkün olmayıb.

Nəticədə doğum "VAZ-21010" markalı nəqliyyat vasitəsində baş tutub. Ancaq bütün səylərə baxmayaraq, yeni doğulan körpənin həyatını xilas etmək mümkün olmayıb.

TƏBİB-dən "Report"a verilən məlumatda bildirilib ki, oktyabrın 23-ü saat 11:00 radələrində 1985-ci il təvəllüdlü qadın Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub:

"Ona vaxtından əvvəl doğuş diaqnozu təyin edilib. Hazırda pasiyentin müalicəsi tibb müəssisəsinin Ginekologiya və doğum şöbəsində davam etdirilir, vəziyyəti stabil olaraq qiymətləndirilir".

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az