“Kristal”ın “Park Yasamal” layihəsində ən son tikinti texnologiyalarından biri olan
ventilyasiyalı fasad sistemi tətbiq edilir. Bu sistem binanın həm estetik
görünüşünü formalaşdırır, həm də onun uzunömürlülüyünü təmin edir.
Ventilyasiyalı fasadın əsas
xüsusiyyəti divar ilə üzlük arasında hava boşluğunun olmasıdır. Bu, binanın
“nəfəs almasına” imkan verir, rütubət və kifin qarşısını alır. Nəticədə, bina
daha davamlı olur, daxili mühitdə rütubət balansı qorunur və sakinlər üçün
sağlam yaşayış şəraiti yaradılır.
Sistem həmçinin istilik və səs izolyasiyasını yüksək səviyyədə təmin edir. Qışda mənzillər isti, yayda isə sərin qalır, bu isə kommunal xərclərdə 40%-ə qədər qənaət deməkdir. Şəhərin səs-küylü mühitində belə, sakinlər evlərində sakit və komfortlu atmosferdən zövq alırlar.
Mənzil satışları isə
“Park Yasamal”da sürətlə davam edir!
Layihədə 38.15 m²-dən 120,47 m²-ə qədər, 2, 3 və 4 otaqlı,
həmçinin studiya tipli mənzillər satışdadır. Mənzillər həm hazır şəkildə, həm
də bünövrə mərhələsindən təklif olunur. Bu yanaşma alıcılara büdcələrinə uyğun
seçim imkanı və istədikləri mərhələdə investisiya etmə fürsəti yaradır.
Satış şərtləri çox
sadədir:
·
20 ilədək ipoteka və ya daxili kredit,
·
Cəmi 15%-dən başlayan ilkin ödənişlə mənzil sahibi olmaq imkanı!
Yasamal rayonunda yerləşən layihə əlverişli nəqliyyat mövqeyi, məktəb, uşaq bağçası, ticarət və istirahət obyektlərinə yaxınlığı ilə seçilir. Burada sakinlərin rahatlığı üçün həyət infrastrukturu, uşaq oyun meydançaları və geniş yaşıllıq zonası yaradılır.
Beləliklə, “Park
Yasamal” layihəsində siz gözəl mənzil sahibi olmaqla yanaşı, həm də
etibarlı, enerjiyə qənaətli və müasir yaşayış məkanı əldə edirsiniz. Layihədə
tətbiq edilən bu müasir fasad texnologiyası barədə daha ətraflı məlumat üçün
videoçarxa keçid edin: https://www.youtube.com/watch?v=eMD9BKqKG_s
Ətraflı məlumat və mənzil seçimi
üçün *1544 nömrəsinə zəng edə və ya
layihənin satış ofisinə yaxınlaşa bilərsiniz.
Bakı şəhəri, Yasamal rayonu, Müstəqillik küçəsi
*1544