"İnsanların arasına çıxıb gəzdik, muzeyi ziyarət etdik" - İrəvana gedən jurnalist

14:10 - 23 Oktyabr 2025

\"İnsanların arasına çıxıb gəzdik, muzeyi ziyarət etdik\" - İrəvana gedən jurnalist

"Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətləri nümayəndələrinin İrəvanda görüşündə ümumi məsələlər sülh gündəliyinə yönəlmişdi. Vaşinqtonda qəbul olunan birgə bəyannamənin ruhuna uyğun olaraq, sülh gündəliyinin təşviq edilməsi əsas müzakirə mövzusu oldu”.


Manset.az  xəbər verir ki, bu sözləri açıqlamasında "1news.az" saytının baş redaktoru Kəmalə Məmmədova Ermənistan vətəndaş cəmiyyətləri nümayəndələrinin görüşü barədə deyib. O bildirib ki, səfər çox konstruktiv formada keçib:

"Hər iki cəmiyyəti narahat edən bir sıra müxtəlif mövzular qaldırıldı. Humanitar və loqistik məsələlər müzakirə olundu. Əsasən sülh məsələsinin perspektivləri masaya yatırıldı, hər iki tərəfdən bəzi təşəbbüslər irəli sürüldü. Ümumi söhbət çərçivəsində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ilə görüşdük. Onunla da konstruktiv danışıq baş tutdu. Armen Qriqoryan bizim suallarımıza cavab verdi. O, səfəri yüksək qiymətləndirdi”.

Jurnalist qeyd edib ki, ermənilər tərəfindən bizə heç bir neqativ hala rast gəlməyib:

"Biz insanların arasına çıxıb gəzdik, muzeyi ziyarət etdik. Onlar tərəfindən heç bir provokasiya olmadı. Baxmayaraq ki, tədbirin harada keçiriləcəyi sosial mediada və mətbuatda yayılmışdı. Bizim təhlükəsizliyimiz yüksək səviyyədə təmin olunmuşdu”.

K.Məmmədova vurğulayıb ki, prosesin davamlı olacağına ümidvarıq:

"Biz prosesin davamlı olacağına ümidvarıq. Səfərimiz də birdəfəlik deyil. Yaxın gələcəkdə erməni tərəfinin Azərbaycana səfəri nəzərdə tutulub, lakin tarixi bəlli deyil”. Xatırladaq ki, Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətləri nümayəndələrinin İrəvanda ikitərəfli dəyirmi masası baş tutub. Dəyirmi masada Azərbaycan tərəfini Fərhad Məmmədov, Rusif Hüseynov, Ramil İskəndərli, Kəmalə Məmmədova və Dilarə Əfəndiyeva, Ermənistan tərəfini isə Areq Koçinyan, Boris Navasardyan, Naira Sultanyan, Narek Minasyan və Samvel Meliksetyan təmsil ediblər.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az