Bakıda kinoteatrda qeyri-adi evlilik təklifi olub.
Manset.az-ın məlumatına görə, Park Cinema kinoteatrlar şəbəkəsinin Flame Towers filialında nümayiş olunan “Qayınata VS Kürəkən” filminin seansı zamanı maraqlı hadisə yaşanıb.
Belə ki, bir gənc sevgilisinə evlilik təklifi etmək üçün zalın bütün biletlərini alaraq seansı xüsusi olaraq təşkil edib. Film nümayişi zamanı o, sevgilisinə sürpriz şəkildə evlilik təklifi edib.
Qeyd edək ki, “Qayınata VS Kürəkən” filmi hazırda ölkənin bütün kinoteatrlarında nümayiş olunur.