Rusiya savaş təyyarəsi Krıma düşdü

16:43 - 03 Aprel 2026

Rusiya savaş təyyarəsi Krıma düşdü

Rusiya Müdafiə Nazirliyi Krım üzərində təlim uçuşu həyata keçirən "Su-30" tipli döyüş təyyarəsinin düşdüyünü bildirib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, nazirlikdən verilən açıqlamaya görə, "Su-30" tipli döyüş təyyarəsi qanunsuz ilhaq edilmiş Krımda təlim uçuşu həyata keçiririb.

Təyyarənin təlim uçuşu zamanı düşdüyü qeyd edilən açıqlamada, "Heyət katapultla təyyarədən sağ çıxıb və axtarış-xilasetmə qrupları tərəfindən hadisə yerindən təxliyə edilib" - ifadəsi yer alıb.

Açıqlamada təyyarənin silahsız uçuş həyata keçirdiyi vurğulanıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az