ABŞ ilə İran arasındakı nüvə danışıqlarının ikinci turunun tarixi bəlli olub.
Manset.az Amerika mətbuatına istinadən xəbər verir ki, ABŞ ilə İran arasında keçiriləcək nüvə danışıqlarının ikinci turunun 17 fevral çərşənbə axşamı günü İsveçrənin Cenevrə şəhərində baş tutmasının planlaşdırıldığı bildirilir.
ABŞ heyətində Prezident Donald Trampın Yaxın Şərq üzrə Xüsusi Nümayəndəsi Steve Witkoff və kürəkəni Jared Kushner iştirak edəcək. İran heyətinə isə Xarici İşlər Nazirinin müavini Abbas Araqçi rəhbərlik edəcək. Tərəflər arasında vasitəçilik edən Oman Xarici İşlər Naziri Bedr bin Hamed el-Busaidi-nin də danışıqlara qatılacağı gözlənilir.