“Milli Məclisin binası jurnalistlər üçün həbsxanaya çevrilib...”

12:27 - 24 Oktyabr 2025

“Milli Məclisin binası jurnalistlər üçün həbsxanaya çevrilib...”

“Uzun müddətdir ki, Milli Məclisin plenar və komitə iclaslarında, həmçinin parlamentdə keçirilən digər tədbirlərdə iştirak edən jurnalistlər məhrumiyyətlərlə qarşılaşırlar. Bu problemin həlli üçün çox çalışsaq da, nəticə yoxdur. Əslində bu məhrumiyyətin mahiyyəti çox gülüncdür”.


Manset.az xəbər verir ki, bu sözləri jurnalist Mahir Məmmədli feysbuk hesabındakı paylaşımında bildirib.

O qeyd edib ki, parlament binasına daxil olan media nümayəndələrinin telefonları əllərindən alınır: “Milli Məclisə gələn jurnalist oradakı tədbirləri işıqlandırmaq üçün gəlir. Onun telefonunu əlindən almaq fəaliyyətinə mane olmaq deməkdir.

Məndə olan məlumata görə bu qərar Milli Məclis rəhbərliyinə yox, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəhbərliyinə məxsusdur. Bunu təhlükəsizliklə əlaqələndirmək olmaz. Çünki jurnalistlər istisna olmaqla hamı parlament binasına telefonla daxil ola bilir. Bu qadağa yalnız jurnalistlərə aiddir. Qısa desəm, Milli Məclisin binası jurnalistlər üçün həbsxanaya çevrilib. Onlar qapıdan keçdikləri anda ətrafla bütün əlaqələri kəsilir, gələn zəngləri, mesajları görmürlər. Xəstəsi olan jurnalist tədbir boyu mühafizə postunun yanında növbə çəkir ki, xəstəsindən gələ biləcək yaxşı, ya da pis xəbəri qaçırmasın. 

Təssüf ki, uzun illərdir davam edən bu problemin həlli üçün nə Medianın İnkişafı Agentliyi, nə də Mətbuat Şurası cəhd edir. Baxmayaraq ki, hüququ pozulan media nümayəndələrinin problemi ilə məhz onlar məşğul olmalıdırlar”.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az