Gəncədə fəaliyyət göstərən tanınmış vəkil Zabil Qəhrəmanovun saxlanılmasının təfərrüatı məlum olub.
Manset.az Gununsesi.info-ya istinadən xəbər verir ki, tanınmış vəkilin yaxınlarının sözlərinə görə, Zabil avtomobilini yumaq üçün evdən çıxıb:
"Maşını yumağa verib, özü də kənarda çay içirmiş. Maşının yanına qayıdanda zədələndiyini görüb. Orada maşını yuyan adamla sözləşib. Həmin şəxs Zabilə yumruq-təpik atıb. Zabil də ona təpik atıb, amma dəyməyib. Sonra uzaqlaşıb gedib. Axşam saxlayıb polisə aparıblar".