Hibrid və "plug-in" hibrid avtomobillər üçün vergi güzəştlərinin ləğvi xəbərinin yayılmasından sonra qiymətlərin artacağı gözlənilir. Bəs maşın bazarında vəziyyət necədir?
Manset.az xezerxeber.az-a istinadən xəbər verir ki, satıcılar deyirlər ki, bazarda durğunluq davam edir.
Lakin bəzi satıcılar isə bu məlumatlardan sonra digər avtomobillərə marağın artdığını bildirirlər.
Avtomobil almaq istəyənlər isə bazarda qiymətlərın yüksək olduğunu vurğulayırlar.
Qeyd edək ki, 2026-cı il yanvarın 1-dən etibarən hibrid və "plug-in" hibrid avtomobillərə tətbiq edilən vergi güzəştləri ləğv olunacaq. Güzəştlər yalnız elektromobillərə şamil ediləcək.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.