İranın Həmədan əyalətinin Nəhavənd şəhərində 4,4 bal gücündə zəlzələ baş verib.
Manset.az xəbər verir ki, bu barədə "Azad İran" məlumat yayıb.
Zəlzələnin episentrinin 9 km dərinlikdə olduğu bildirilir. Mümkün dağıntı və tələfat barədə məlumat verilmir.