Azərbaycanda restoran və kafe şəbəkələrinə sahib olan və dövlət qarşısında külli miqdarda borca düşən “Özsüt Azerbaijan”ın qanuni təmsilçisi dəyişib.
Manset.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, Vəliyev Rəhman Qadir oğlu şirkətin qanuni təmsilçiliyindən çıxarılıb.
Onu bu vəzifədə Əzimov Zaur Elburus oğlu əvəzləyib.
Ötən ilin əvvəllərində isə şirkətin qanuni təmsilçisi vəzifəsindəm Əzməmmədov Renat Tofiq oğlu çalışıb.
Eyni zamanda şirkətin dövlət qarşısında külli miqdarda vergi borcu da yaranıb. Kommersiya qurumlarının dövlət reyestri məlumatlarına əsasən, “Özsüt Azerbaijan”ın Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə vergi borcu 3 268 364.24 manata çatıb.
Xatırladaq ki, MMC Azərbaycanda 2018-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 20 manatdır.