Alim Nəbiyev qələbə qazandı - Rəqibini 1-ci raundda nakaut etdi

17:15 - 27 Oktyabr 2025

Alim Nəbiyev qələbə qazandı - Rəqibini 1-ci raundda nakaut etdi

Gürcüstanın Batumi şəhərində keçirilən “Grand Bellagio & GFC” beynəlxalq MMA turnirində Azərbaycan idmançıları uğurlu çıxış ediblər.


Manset.az xəbər verir ki, kikboksinq üzrə 7 qat dünya və 3 qat Avropa çempionu, əslən azərbaycanlı idmançı Alim Nəbiyev turnirdə növbəti qələbəsini əldə edib. O, Türkiyəli rəqibi Oğuzhan Atakı birinci raundda nakaut edərək MMA karyerasında ikinci qələbəsini qazanıb. A.Nəbiyev növbəti döyüşünü ilin sonuna planlaşdırır və UFC-də çıxış etməyi hədəfləyir.

Turnirdə digər azərbaycanlı döyüşçülər də fərqləniblər. Ağır çəki dərəcəsində mübarizə aparan Tahir Abdullayev iranlı Siavaş Dadrası məğlub edib. Yüngül çəki kateqoriyasında çıxış edən Elvin Kamilli isə gürcü rəqibi Giorgi Kabulaşvilini birinci raundda vaxtından əvvəl nakautla üstələyib.

Batumidə artıq üçüncü dəfə təşkil olunan “Grand Bellagio & GFC” beynəlxalq turnirində ümumilikdə 10 ölkədən 24 idmançı iştirak edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az