Nə vaxt yatmaq daha doğrudur? - Həkim izah edir

00:30 - 29 Oktyabr 2025

Nə vaxt yatmaq daha doğrudur? - Həkim izah edir

Təbiət müalicəçisi, doktor Kara "ikinci nəfəs” fenomenini və onun yuxuya təsirini izah edib. 


Manset.az Qaynarinfo-ya istinadən xəbər verir ki, onun sözlərinə görə, əgər insan saat 23:00 ilə 01:00 arasında yatırsa, orqanizmdə kortizol və melatonin hormonlarının təbii tarazlığı pozulur ki, bu da yuxunun keyfiyyətini pisləşdirir.

"Əgər siz 23:00–01:00 aralığında yatırsınızsa, hormonlarınıza zərər vurursunuz. Axşam kortizol səviyyəsi minimum olmalıdır ki, melatonin maksimuma çatsın və bədəni bərpa edən dərin yuxu təmin olunsun", deyə həkim "New York Post" nəşrinə bildirib. 
Həkimin sözlərinə görə, bu saatlardan sonra orqanizm ikinci, bəzən üçüncü və dördüncü kortizol dalğası yaşayır:

"Bu dalğa melatoninin ifrazını azaldır, bəzən də gecənin ortasında qan şəkərinin düşməsinə (hipoqlikemiyaya) səbəb olur, nəticədə insan bir neçə saatdan sonra oyanır. Ən yaxşı yatmaq vaxtı təxminən saat 22:30-dur – bu halda ikinci kortizol dalğasından qaçmaq və səhər 06:30-da təbii şəkildə oyanmaq mümkündür".

Yuxu üzrə mütəxəssis Metyu Bird ("A.H. Beard” şirkətinin rəhbəri) də "ikinci nəfəs”in real fenomen olduğunu təsdiqləyib:
"Bu, axşam saatlarında bədənə qısa müddətli enerji axını gətirən təbii sirkadiyal ritmdir. İnsan dincəlmək vaxtı gəldikdə birdən canlanma hiss edə bilər. Əgər bu an yatmağa çalışsanız, yuxuya getmək çətinləşəcək və yuxunun keyfiyyəti aşağı olacaq".

Bird bildirib ki, əksər böyüklər üçün ən optimal yatmaq vaxtı 22:00–22:30 aralığıdır. Bu saatlar bədənin bioloji ritmləri ilə uyğunlaşır və enerjini bərpa edən dərin və REM yuxu fazalarını dəstəkləyir. Bununla belə, o qeyd edib ki, ideal vaxt fərdidir: yeniyetmələr bioloji olaraq gec saatlarda daha aktiv, yaşlı insanlar isə səhər erkən oyanmağa meyllidirlər. Yaşam tərzi, iş rejimi və "xoruz” (səhər aktiv) və ya "bayquş” (gecə aktiv) xronotipi də bu ritmə təsir göstərir.

Yuxu rejimini tənzimləmək üçün məsləhətlər

Metyu Bird aşağıdakı üsulları tövsiyə edir:

* Yatmaq vaxtını hər bir neçə gündə 15–20 dəqiqə geri çəkməklə tədricən dəyişmək;* Yuxudan bir saat əvvəl parlaq ekranlardan uzaq durmaq;* Yatmazdan əvvəl rahatlaşdırıcı vərdiş formalaşdırmaq (məsələn, kitab oxumaq, yüngül dartınma hərəkətləri);* Hər gün eyni vaxtda yatmaq və oyanmaq;* Axşam saatlarında kofein və ağır qidalar qəbul etməmək.

Yeni tədqiqat: beş fərqli "yuxu profili"

Avstraliyanın Sidney şəhərində yerləşən Vulkok İnstitutunun alimləri "PLOS Biology” jurnalında dərc olunan araşdırmada 770 gənc yetkinin yuxu göstəricilərini analiz edərək beş fərqli "yuxu profilini” müəyyən ediblər:

* "Zəif yatanlar" – narahatlıq və tez-tez oyanma ilə xarakterizə olunur;* "Yuxuya davamlılar” – diqqət pozğunluğuna baxmayaraq, normal yuxuya malikdirlər;* "Az yatanlar” – az yatır, qıcıqlanma və yaddaş zəifliyi yaşayırlar;* "Yatmaq üçün vasitə qəbul edənlər” – yuxu dərmanlarından və əlavələrdən istifadə edirlər;* "Pozulmuş yuxulular” – alkoqol, siqaret və ya susuzluq səbəbindən yuxuları keyfiyyətsiz olur.

Hər bir qrupun beyin fəaliyyətində özünəməxsus fərqlər müşahidə olunub. Alimlər hesab edirlər ki, bu, gələcəkdə narahatlıq və depressiya hallarının erkən diaqnozu və fərdi yuxu müalicəsi üsullarının hazırlanmasına kömək edə bilər.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az