DTX-nin Balakəndə keçirdiyi əməliyyat zamanı icra başçısı ilə yanaşı onun 3 müavini və şəhərin baş memarı da həbs olunub.
Manset.az Yeni Sabah-a istinadən xəbər verir ki, bu barədə Balakən rayonunun sabiq icra başçısı və Milli Məclisin deputatı Nəsib Məhəməliyev məlumat verib.
“Məlumata görə, icra başçısı ilə bərabər onun 3 müavini və rayonun baş memarı da həbs olunub”.
Qeyd edək ki, icra başçısının üç müavini var: Turan Eldar oğlu Dibirov, Nəzakət Carullah qızı Rüstəmova və Mehparə Zahid qızı Nuriyeva.
Şəhərin baş memarı Rəcəbov Tahir Əlipaşa oğludur.