Azərbaycan və TİKA müzakirə apardı - FOTO

19:17 - 30 Oktyabr 2025

Azərbaycan və TİKA müzakirə apardı - FOTO

Oktyabrın 30-da mədəniyyət nazirinin müavini Fərid Cəfərov Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) rəhbəri Abdullah Erenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.


Manset.az xəbər verir ki, görüşdə “bir millət, iki dövlət” prinsipi əsasında mədəni əlaqələrin inkişafı, tarixi abidələrin bərpası, arxeoloji tədqiqatlar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.

Abdullah Eren TİKA-nın fəaliyyəti barədə məlumat verərək birgə layihələrin davam etdirilməsində maraqlı olduqlarını bildirib.

Həmçinin Birinci Türkoloji Qurultayın 100 illiyi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az