"Hamilə olduğunu toy günü öyrəndim" - Əfsanənin atası danışdı

22:47 - 30 Oktyabr 2025

\"Hamilə olduğunu toy günü öyrəndim\" - Əfsanənin atası danışdı

Ötən gün Astara rayonunda 17 yaşlı Əfsanə Maqsud qızı İmanovanın faciəli ölümü ölkə gündəminə çevrilib. Yeniyetmə qız toy mərasimindən sonra səhhətinin qəfil pisləşməsi səbəbindən Astara Rayon Mərkəzi Xəstəxanasına aparılıb, lakin həkimlər onun həyatını xilas edə bilməyiblər. Məlum olub ki, Əfsanə 7 aylıq hamilə imiş. Valideynlər bu vəziyyəti gizlətmək üçün tələsik toy təşkil ediblər. Toydan sonra vəziyyəti ağırlaşan qızın bətnindəki 7 aylıq körpə də ölü doğulub.



Manset.az Bizim.media-ya istinadən xəbər verir ki, Əfsanənin atası Maqsud İmanov qızının hamilə olduğunu toy günü öyrəndiyini deyib:

“Qızımla oğlan 8-9 ay idi ki, nişanlı idilər. Mən onun hamilə olduğunu bilmirdim. Toy günü xəstəxanaya gedəndə öyrəndik ki, 7 aylıq imiş. Ona qədər heç nə hiss etməmişdik”.

“Qızınızı erkən yaşda niyə nişanlayıb ərə verirdiniz?” sualına ata belə cavab verib:

“18 yaşına 3 ay qalmışdı da...”, -deyə ata bildirib.

Əfsanənin qayınatası Aqil Cevziyev isə qudasından fərqli olaraq baş verən hadisə ilə bağlı üzüntüsünü dilə gətirib:

“Çox pis hadisə oldu, başımızı itirmişik. Oğlumun 22 yaşı var, 8 ay əvvəl Əfsanə ilə nişanlanmışdılar. Qızın hamilə olduğunu toydan bir həftə əvvəl bildik, amma 7 aylıq olduğunu bilmirdik. Toy dəvətnamələri artıq paylanmışdı. Xəcalət çəkməyək deyə toy etməyə qərar verdik”.

Cevziyevin sözlərinə görə, Əfsanə toy ərəfəsində ata evində olarkən bir qədər qızdırmalı olub, lakin ciddi səhhət problemi müşahidə edilməyib:

“Toy günü də halı normal idi. Təxminən saat 5-də gəlin evə gətirildi. Az sonra oğlum zəng edib dedi ki, Əfsanənin vəziyyəti pisləşib. Dərhal təcili yardım çağırdım və xəstəxanaya apardım....”

O, həmçinin mediada yayılan “cütlüyün Bakıda istixanalarda işləməsi” barədə məlumatların həqiqətəuyğun olmadığını da vurğulayıb:

“Onlar heç vaxt kənddən kənara çıxmayıblar, hər ikisi burada yaşayırdı”.

Hadisə ilə bağlı Astara Rayon Prokurorluğunda araşdırma davam edir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az