Bu gün Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan İslam Rzayev ötən gün Balakəndə keçirilən Xurma festivalında iştirak edibmiş.
Manset.az Oxu.az-a istinadən xəbər verir ki, rəsmi açılışda iştirak edən İ.Rzayev daha sonra ağacəkmə mərasiminə qatılıb.
Həmin görüntüləri təqdim edirik:
Qeyd edək ki, bu gün Balakən Rayon İcra Hakimiyyətində əməliyyat keçirilib. Korrupsiya hüquqpozmaları və vəzifə cinayətləri ilə bağlı keçirilən əməliyyat çərçivəsində rayonun icra başçısı İslam Rzayev və bir neçə digər rəsmi şəxslər saxlanılıblar.