Oktyabrın 30-da Azərbaycan Dillər Universitetinin  nümayəndə heyəti Türkiyənin Mərmərə
                                                            Universitetində olub.
Manset.az xəbər verir ki, görüş zamanı Mərmərə Universiteti ilə ADU arasında elmi əməkdaşlıq əlaqələrinin perspektivləri müzakirə olunub.
Mərmərə Universitetinin rektoru, professor Mehmet Emin çıxışında ADU-nun rektoru, akademik Kamal Abdullaya həsr olunan konfransın Mərmərə Universitetində keçirilməsindən böyük qürur hissi keçirdiyini söyləyib, konfransın əhəmiyyətini yüksək qiymətləndirib.
Görüşdə Mərmərə Universiteti ilə ADU-nun elmi tədqiqat, akademik mübadilə, beynəlxalq reytinqli jurnallarda birgə əməkdaşlıqla bağlı məsələlərə toxunulub. Həmçinin noyabr ayının 21-də ADU-da baş tutacaq “Süni intellekt və Humanitar elmlər” mövzusunda beynəlxalq konfransda iştirakla bağlı məsələlər müzakirə olunub.
Bildirilib ki, Türk dünyası elmində xüsusi önəm kəsb edən Kamal Abdullanın elmi və bədii yaradıcılığı Türkiyədə fəaliyyət göstərən universitetlərdə geniş tədqiq olunur və böyük maraqla qarşılanır.
Tədbir ADU və Mərmərə Universitetləri arasında elmi,
                                                            mədəni əlaqələrin gələcək inkişafı ilə bağlı müzakirələrlə davam edib.
 
                                 
                                 
                                 
                                 
             
                             
                 
                                 
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                            