Hər
                                                            il ənənəvi olaraq PAŞA Qrup şirkətlərinin əməkdaşlarının sinerjisini
                                        
                    
                    
                                                            gücləndirmək və korporativ dəyərlərə sadiqliyini təşviq etmək məqsədilə
                                                            keçirilən “Xəmsə” birlik yarışının qala gecəsi baş tutdu. PAŞA Holdinq və
                                                            Kapital Bank-ın təşkilatçılığı ilə keçirilən bu müsabiqə PAŞA Holdinq və onun strateji
                                                            aktivlərində icra olunan layihələrin beş əsas korporativ dəyərə – “Dürüstlük”,
                                                            “Sahibkarlıq ruhu”, “Keyfiyyət”, “Əməkdaşlıq” və “Gəlirliliyə” uyğunluğunu və
                                                            onlara verdiyi töhfəni müəyyən edən ən böyük korporativ yarışmadır.  
30 Oktyabr 2025-ci il tarixində keçirilən qala gecəsinin açılış nitqi PAŞA Holdinq-in Baş İcraçı direktoru Cəlal Qasımov tərəfindən edildi.
Builki yarışmada Kapital Bank iki layihə ilə qalibiyyət əldə etdi. Belə ki, işəgötürən brendi olaraq böyük nüfuza sahib olan şirkət həm “Əməkdaşlıq” dəyəri üzrə əməkdaşların daxili kommunikasiyası üçün bütün imkanlara sahib olan “360 İntranet Portal” layihəsi, həm də “Keyfiyyət” dəyəri üzrə “Müştəri Şikayətlərinin İdarə olunmasında İnnovativ Transformasiya” layihəsi ilə mükafat qazandı. Qrupdaxili səsvermənin yekun nəticələrinə əsasən builki “Xəmsə” bilik yarışının qalibləri arasında PAŞA Bank iki, PAŞA Sığorta iki, PAŞA Həyat Sığorta isə bir layihə ilə yer aldılar.
Tədbirin ən yaddaqalan məqamlarından biri isə Kapital Bank-ın İdarə Heyətinin sədri, Baş İcraçı direktor Fərid Hüseynovun “Gəlirlilik” dəyəri üzrə qalibləri elan edərkən səsləndirdiyi fikir oldu: “Gəlirlilik hər bir CEO-nun ən sevimli sözüdür. Amma bütün dəyərlərimiz – “Dürüstlük”, “Sahibkarlıq ruhu”, “Keyfiyyət”, “Əməkdaşlıq” və “Gəlirlilik” – bir arada olanda hər şey tamamlanır. Elə bu gün burada bir arada olmaq, enerjimizi paylaşmaq və uğurlarımızı qeyd etmək də bunun ən gözəl nümunəsidir”.
Qeyd edək ki, ötən il həyata keçirilən layihələrlə “Xəmsə” birlik yarışına müraciət edən komandaları PAŞA Holdinq və strategi aktivlərin rəhbər şəxslərinin də iştirak etdiyi münsiflər heyəti qarşısında təqdim ediblər. Bütün bu təqdimatlardan sonra qrup daxilində keçirilən açıq səsvermə nəticəsində ən çox səs toplayan layihələr qalib elan edilib.
Ölkənin
                                                            birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük
                                                            filial şəbəkəsi, 118 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir.
                                                            Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az
                                                            saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan
                                                            səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/prgtk,
                                                            Birbank kartı sifarişi üçün – https://kbl.az/prcrc.  
 
                                 
                                 
                                 
                                 
             
                 
                                 
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                            