Həbs edilən icra başçısı ilə bağlı məhkəmə qərar verdi

19:08 - 31 Oktyabr 2025

Həbs edilən icra başçısı ilə bağlı məhkəmə qərar verdi

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyatla saxlanılan Balakənin sabiq icra başçısı İslam Rzayev məhkəməyə çıxarılıb.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, istintaq orqanı külli miqdarda mənimsəmədə və təkrar rüşvət almaqda təqsirləndirilən şəxsin həbs edilməsini istəyib.

Səbail Rayon Məhkəməsi cinayətin ağırlığını, həmçinin istintaqın gedişatına ehtimal olunan təsiri nəzərə alaraq vəsatəti təmin edib.

Qərara əsasən İ.Rzayev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. O, məhkəmədən birbaşa DTX-nin istintaq təcridxanasına aparılıb.

Qeyd edək ki, dünən Prezident İslam Rzayevi Balakən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az