Bakı metrosunda YENİLİK

14:09 - 01 Noyabr 2025

Bakı metrosunda YENİLİK

Bakı metropolitenində keçid zamanı test rejimində NFC texnologiyasını dəstəkləyən bütün yerli bank kartları, eləcə də Apple Pay və Google Pay vasitəsilə ödəniş etmək mümkündür.


Bu barədə Manset.az-a "Bakı Metropoliteni" QSC-dən bildirilib.

"Yenilik hazırda Bənövşəyi xəttin bütün stansiyalarında - "Xocəsən", "Avtovağzal", "Memar Əcəmi" və "8 Noyabr"da - sınaq mərhələsində tətbiq olunur və yaxın zamanda bütün xətlər üzrə aktivləşdiriləcək.

Sınaq mərhələsində texniki çətinliklərlə qarşılaşdıqda, sərnişinlər "BakıKart" və ya digər mövcud ödəniş üsullarından istifadə edə bilərlər", - deyə qeyd olunub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az