Bir neçə rayonda yaşıllıqlar məhv edildi

16:42 - 31 Oktyabr 2025

Bir neçə rayonda yaşıllıqlar məhv edildi

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri, Quba, Xaçmaz və Samux rayonlarının inzibati ərazilərində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.


Manset.az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilib ki, araşdırma zamanı Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi Seymur Məmmədov küçəsi 13 ünvanında, Quba rayonu Çiçi kəndi, Xaçmaz rayonu Seyidlər kəndi ərazisində və Samux rayonu Kür çayının sağ sahilində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 75 770 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az