Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ - FOTO

09:26 - 04 Noyabr 2025

Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ - FOTO

Texnika elmləri doktoru, professor, Azərbaycanın Əməkdar elm xadimi, “Şöhrət” ordenli, Prezident təqaüdçüsü Kamal Abdullayev vəfat edib. 


Manset.az Yeni Sabah-a istinadən xəbər verir ki,  bu barədə onun yaxınları məlumat verib.

K.Abdullayev 89 yaşında dünyasını dəyişib. 
Qeyd edək ki, Kamal Mehman oğlu Abdullayev 1936-cı il dekabrın 19-da Qusar rayonunun Əcəxur kəndində ziyalı ailəsində anadan olub. 
Atası Mehman Abdullazadə əks-inqilabçı adı ilə 1937-ci ildə güllələnib və 1956-cı ildə isə bəraət aıb. 
Kamal Abdullayev Bakı Energetika Texnikumunu və Azərbaycan Neft və Kimya İnstitutunu (indiki Azərbaycan Dövlət Neft Akademiyası) bitirib.
Allah rəhmət eləsin!


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az