Bir ekosisteminin e-ticarət platforması olan
Birmarket, ölkədə biznes mühitinin inkişafına töhfə vermək məqsədilə tərəfdaşlarını
Ticarətçilər Forumunda bir araya topladı. 3 noyabr 2025-ci il tarixində baş
tutan tədbirin əsas məqsədi ölkənin müxtəlif regionlarından olan ticarətçiləri
bir araya gətirmək, onlar arasında təcrübə mübadiləsi və qarşılıqlı əməkdaşlığı
gücləndirmək, eyni zamanda elektron ticarət sektorunun inkişafı üçün yeni
imkanlar təqdim etmək idi.
Qeyd edək ki, Birmarket platforması tərəfdaşlarına geniş
infrastruktur və hərtərəfli dəstək imkanı yaradır. Platforma ölkə üzrə 1500-dən
çox “Gəl Al” məntəqəsi, on minlərlə kvadratmetr anbar sahəsi və 3,5 milyondan
artıq məhsul ehtiyatı ilə fəaliyyət göstərir. Bir ekosisteminə inteqrasiya sayəsində
Birmarket ticarətçiləri üçün daha geniş imkanlar açılıb – hazırda Birbank-ın 4
milyona yaxın aktiv müştərisi məhsulları birbaşa mobil tətbiq üzərindən sifariş
edə bilir. İnteqrasiyanın tətbiqindən cəmi bir ay sonra platformaya əlavə 1
milyon yeni istifadəçi qoşulub ki, bu da Birmarket-in bazar mövqeyinin daha da
gücləndiyini göstərir.
Bir ekosistem ölkənin
aparıcı brendləri olan Birbank, Birmarket, m10 və MilliÖn brendlərini bir çətir
altında birləşdirir. Eyni zamanda ekosistem Trendyol Azərbaycan və BakıKart
kimi strateji tərəfdaşlarla əməkdaşlıq edərək həm təsir dairəsini genişləndirir,
həm də müştəri təcrübəsini zənginləşdirir. Bu inteqrasiya sayəsində müştərilər
partnyor şəbəkəsində və ictimai nəqliyyatda QR ödənişlərdən, Birmarket-də
Birbank vasitəsilə kreditli alış-verişdən, Trendyol Azərbaycan-da Birbank
taksit kartları ilə ödənişlərdən, vahid bonus proqramından və bir çox digər
yenilikçi həllərdən faydalanırlar. Bütün bu imkanlar ekosistemin dörd əsas
konsepti – Vahid giriş, Vahid bonus, Vahid ödəniş və Vahid kredit platforması
üzərində qurularaq müştərilərə sürətli, rahat, sərfəli və təhlükəsiz xidmət təqdim
edir.