Son günlər
“WhatsApp” istifadəçilərinin hesablarına icazəsiz giriş cəhdlərində artım
müşahidə olunur.
Kiberdələduzlar bilinməyən və ya tanış kimi görünən nömrələrdən göndərilən
şübhəli linklər vasitəsilə istifadəçiləri aldadaraq, SMS-lə gələn təsdiqləmə
(OTP) kodlarını ələ keçirməyə çalışırlar. Bu kod paylaşdığı halda, onun
“WhatsApp” hesabı ələ keçirilir. Daha sonra kiberdələduzlar həmin hesabdan
istifadə edərək, şəxsin yaxınlarına saxta mesajlar göndərir, onların maliyyə və
şəxsi məlumatlarını ələ keçirməyə cəhd göstərirlər.
Elektron Təhlükəsizlik
Xidməti (ETX) vətəndaşlara “WhatsApp” hesablarının qorunması üçün aşağıdakı təhlükəsizlik
tədbirlərini görməyi tövsiyə edir:
* Tanımadığınız nömrələrdən gələn linkləri açmayın.
* Tətbiqləri yalnız rəsmi mənbələrdən yükləyin.
* OTP və təsdiqləmə kodlarını heç kəslə bölüşməyin.
* Tətbiq ayarlarında ikimərhələli təsdiqləmə funksiyasını aktivləşdirin.
* Şübhəli
hallarla rastlaşdıqda tətbiqin dəstək xidmətinə müraciət edin.
* Profil məlumatlarını (son görülmə, profil fotosu, status və s.)
yalnız kontaktlarınıza görünəcək şəkildə məhdudlaşdırın.
* Yaxınlarınızı, xüsusilə yaşlı və texnologiyadan az istifadə edən şəxsləri
belə dələduzluqlar barədə məlumatlandırın.