Sevimli aktyorumuz Vəfat etdi(FOTO)

23:50 - 20 Dekabr 2021

Sevimli aktyorumuz Vəfat etdi(FOTO)

Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar artist Elşən Çarhanlı vəfat edib.

 

Manşet.az xəbər verir ki, bu barədə həmin teatrın aktyoru Əməkdar artist Nofəl Vəliyev məlumat paylaşıb.

O bildirib ki, E.Çarhanlı bu gün axşam saatlarında qəflətən dünyasını dəyişib.

N.Vəliyev əlavə edib ki, ötən ilin dekabrın 14-də aktyorun həyat yoldaşı vəfat edib.

Qeyd edək ki, Elşən Çarhanlı 2 oktyabr 1962-ci ildə Bakı şəhərində doğulub. 1983-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. Həmin ildən təyinatla H.Ərəblinski adına Sumqayıt Dövlət Drma Teatrında əmək fəaliyyətinə başlayıb. 1989-cu ildən Azərbaycan Dövlət Gənclər teatrında aktyor vəzifəsində çalışıb. 2009-cu il may ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında çalışıb. 

Elşən Çarhanlı 7 mart 2014-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri Mədəniyyət İşçisi” döş nişanı ilə təltif olunub. Aktyor 27 may 2018-ci ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülüb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az