Aktyor Səbuhi Xanlarov "Tik-Tok" da canlı bağlantı zamanı 2000-2008-ci illərdə polis işlədiyini, ehtiyatda olan polis baş-leytenantı olduğunu, DİN-dən təqaüd aldığını, hətta 15-16 oktyabr hadisələrində xidmət etdiyini bildirib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev açıqlamasında DİN-in belə bir əməkdaşının olmadığını bildirib:
"Həmin dövrlərdə Səbuhi Xanlarov adlı şəxs daxili işlər orqanlarında xidmət etməyib, hal hazırda DİN-in bu adda təqaüdçüsü yoxdur".